menu-bar
left-arrowGeri

İstifadəçi razılaşması

Son yenilənmə: Noyabr 2025

Helplly — Şərtlər və Qaydalar

Bu Şərtlər və Qaydalar (“Şərtlər”) Helplly veb-saytının və mobil tətbiqinin (“Platforma”) istifadəsini tənzimləyir. Platformadan istifadə etməklə siz bu Şərtləri tam şəkildə qəbul etmiş olursunuz. Əgər bu Şərtlərlə razı deyilsinizsə, xahiş edirik Platformadan istifadə etməyin.


1. Ümumi müddəalar
1.1. Helplly istifadəçilərlə xidmət göstərən şəxsləri birləşdirən onlayn marketplace və mobil tətbiq platformasıdır.
1.2. Helplly xidmətləri birbaşa icra etmir, yalnız istifadəçi ilə xidmət göstərən arasında əlaqə yaradan vasitəçi rolunu yerinə yetirir.
1.3. Bu Şərtlər Platformadan istifadə edən bütün şəxslərə şamil edilir və Platformadan istifadə edən hər kəs bu Şərtlərə əməl etməyə borcludur.
1.4. Helplly-nin təqdim etdiyi bütün funksiyalar — rezervasiya, ödəniş, mesajlaşma və reytinq sistemi — xidmət göstərənlə istifadəçi arasında əlaqənin qurulmasını asanlaşdırmaq məqsədi daşıyır və xidmətin nəticəsinə dair öhdəlik yaratmır.
1.5. Platformadan istifadə etməklə istifadəçi və xidmət göstərən, Platformanın yalnız texnoloji vasitəçi olduğunu, tərəflər arasında yaranan razılaşmalar və xidmətlərin icrasına dair birbaşa məsuliyyət daşımadığını qəbul edir.
1.6. Helplly-yə daxil olmaq və ya mobil tətbiqdən istifadə etmək bu Şərtlərin hüquqi cəhətdən bağlayıcı olduğunu və istifadəçinin bu Şərtləri tam şəkildə qəbul etdiyini təsdiqləyir.


2. Təriflər
2.1. “Platforma” — helplly.com veb-saytı, iOS və Android mobil tətbiqləri və Helplly tərəfindən idarə olunan bütün rəqəmsal xidmət infrastrukturunu ifadə edir.
2.2. “İstifadəçi” — Platforma üzərindən xidmət axtaran, rezervasiya edən və ya Platformanın funksiyalarından yararlanan şəxs.
2.3. “Xidmət Göstərən” (“Provider”) — Platforma üzərindən xidmət təklif edən, müstəqil fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs.
2.4. “Xidmət” — Platformada təklif edilən bütün fəaliyyət və kateqoriyalar, o cümlədən ev heyvanlarının baxımı və gəzdirdilməsi, uşaq məktəbə aparılıb-gətirilməsi, təmizlik və ev işləri, təmir və texniki işlər, alış-veriş, şəxsi tapşırıqlar və digər xidmət növləri.
2.5. “Rezervasiya” — istifadəçinin Platforma üzərindən Xidmət Göstərənlə xidmətin icrası üçün razılaşma yaratması və bu fəaliyyətin sistemdə qeydə alınması.
2.6. “Hesab” — İstifadəçi və ya Xidmət Göstərənin Platformada qeydiyyatdan keçməklə yaratdığı şəxsi profil və bu profilə bağlı məlumatlar.
2.7. “Ödəniş Sistemi” — Platforma üzərindən xidmətlər üçün həyata keçirilən bütün ödəniş və komissiya mexanizmlərini ifadə edir.


3. Platformanın rolu və məsuliyyəti
3.1. Helplly vasitəçi rolunu yerinə yetirir və xidmət göstərmə fəaliyyətinin tərəfi deyil.
3.2. Xidmətin icrası, keyfiyyəti, təhlükəsizliyi və nəticələrinə görə birbaşa məsuliyyət Xidmət Göstərənə məxsusdur.
3.3. Helplly Xidmət Göstərənlərin davranışına, xidmətin düzgünlüyünə, vaxtında icrasına və nəticələrinə görə məsuliyyət daşımır.
3.4. Xidmət Göstərənlər Helplly-nin əməkdaşı, təmsilçisi və ya agenti deyillər; onlar müstəqil fəaliyyət göstərirlər və xidmətləri öz adlarından icra edirlər.
3.5. Helplly istifadəçi və Xidmət Göstərən arasında yaranan mübahisələrə, anlaşılmazlıqlara və öhdəlik pozuntularına görə birbaşa hüquqi məsuliyyət daşımır.
3.6. Helplly Xidmət Göstərənlər tərəfindən təqdim edilən məlumatların, sertifikatların, bacarıqların və digər iddiaların doğruluğunu təmin etmək öhdəliyi daşımır.
3.7. Helplly Platformada göstərilən xidmətlərin qanunvericiliyə uyğunluğuna dair heç bir təminat vermir və xidmətlərin məzmunu, səviyyəsi və icra forması üzərində nəzarət həyata keçirmir.


4. Mobil tətbiqdən istifadə qaydaları
4.1. Mobil tətbiqi yükləməklə və ya hesab yaradaraq bu Şərtləri qəbul etmiş sayılırsınız.
4.2. Tətbiqdən istifadə üçün internet bağlantısı tələb olunur.
4.3. Helplly tətbiqin funksionallığını dəyişdirmək, məhdudlaşdırmaq və ya yeniləmək hüququna malikdir.
4.4. Tətbiq üzərindən daxil edilən bütün məlumatlar istifadəçinin məsuliyyətindədir.
4.5. Tətbiqin işləməsində yaranan texniki nasazlıqlar, fasilələr və ya üçüncü tərəf sistemlərindən (məsələn, ödəniş provayderləri) qaynaqlanan problemlər üçün Helplly məsuliyyət daşımır.
4.6. Tətbiqdən istifadə zamanı cihazın təhlükəsizliyinin təmin edilməsi (şifrə, ekran kilidi, cihazın qorunması və s.) istifadəçinin öhdəliyindədir və üçüncü şəxslərin icazəsiz girişinə görə Helplly cavabdehlik daşımır.


5. Hesab yaradılması və təhlükəsizlik
5.1. Platformadan istifadə üçün minimum yaş həddi 18-dir.
5.2. İstifadəçi qeydiyyat zamanı düzgün və tam məlumat təqdim etməlidir.
5.3. Hesab məlumatlarının təhlükəsizliyinə dair məsuliyyət istifadəçiyə aiddir.
5.4. Başqasının hesabından istifadə etmək və ya hesabı başqasına təhvil vermək qadağandır.
5.5. Platformada hesabda baş verən bütün əməliyyatlara görə istifadəçi məsuliyyət daşıyır.
5.6. İstifadəçi hesab məlumatlarında hər hansı dəyişiklik olduqda, həmçinin hesabın təhlükəsizliyinə dair şübhəli hal müşahidə etdikdə bunu dərhal Helplly-ə bildirməlidir.
5.7. Helplly hesabın şübhəli fəaliyyət göstərdiyi, təhlükəsizlik riski yaratdığı və ya Şərtlərin pozulduğu halda hesaba müvəqqəti və ya daimi məhdudiyyət qoymaq hüququna malikdir.


6. Rezervasiya, ödəniş və komissiya
6.1. Xidmətlərin rezervasiyası Platforma üzərindən həyata keçirilir.
6.2. Xidmətlərin qiyməti Xidmət Göstərən tərəfindən müəyyən edilir və Platformada göstərilir.
6.3. Ödənişlər Helplly tərəfindən müəyyən olunan üsullarla həyata keçirilir.
6.4. Helplly göstərilən xidmətlərdən komissiya və ya xidmət haqqı tuta bilər.
6.5. Geri ödənişlər Helplly-nin ayrıca hazırlanmış Geri Ödəniş Siyasəti (Refund Policy) əsasında həyata keçirilir.
6.6. Platformada göstərilən qiymətlər məlumat xarakteri daşıya və dəyişdirilə bilər.
6.7. Ödənişin tamamlanmaması və ya təsdiqlənməməsi halında rezervasiya qüvvəyə minmir və Helplly bu cür hallara görə məsuliyyət daşımır.
6.8. Ödəniş zamanı istifadə edilən kart və ya hesab məlumatlarının doğruluğu və qanuniliyinə görə tam məsuliyyət istifadəçiyə məxsusdur; Helplly istifadəçinin yanlış və ya icazəsiz ödəniş məlumatlarına görə cavabdehlik daşımır.


7. Xidmət Göstərənlərin öhdəlikləri
7.1. Xidmət Göstərən göstərdiyi xidmət haqqında düzgün, tam və aktual məlumat təqdim etməlidir.
7.2. Xidmət Göstərən razılaşdırılmış vaxtda xidmətə başlamalı və xidməti vicdanla icra etməlidir.
7.3. Xidmət Göstərən qanunvericiliyin tələb etdiyi bütün icazə, lisenziya və sənədlərə malik olmalıdır.
7.4. Xidmət zamanı istifadəçinin əmlakına, heyvanına və ya övladına zərər yetirilməməlidir.
7.5. Xidmət Göstərən təhlükəsiz və etik davranış qaydalarına riayət etməyə borcludur.
7.6. Xidmət Göstərən Platformadan yalnız şəxsi və qanuni məqsədlər üçün istifadə etməlidir.
7.7. Xidmət Göstərən xidmətin icrası zamanı istifadə etdiyi avadanlıq, vasitə və materialların təhlükəsizliyinə və yararlılığına görə tam məsuliyyət daşıyır.
7.8. Xidmət Göstərən istifadəçinin şəxsi məlumatlarından yalnız xidmətin icrası məqsədilə istifadə etməli, məlumatları üçüncü şəxslərlə paylaşmamalı və məxfiliyə dair tələblərə riayət etməlidir.


8. Ləğv qaydaları
8.1. İstifadəçi rezervasiyanı xidmət başlamadan müəyyən edilmiş müddət əvvəl ləğv edə bilər.
8.2. Xidmət Göstərən tərəfindən xidmətin ləğvi istifadəçiyə öncədən bildirilməlidir.
8.3. Helplly ləğv hallarında yalnız texniki dəstək göstərə bilər, lakin tərəflər arasında yaranan maddi itkilərə görə məsuliyyət daşımır.
8.4. Çoxsaylı ləğv halları istifadəçi və ya Xidmət Göstərən hesabının məhdudlaşdırılmasına səbəb ola bilər. 8.5. Xidmət Göstərənin xidmətə gəlməməsi və ya səbəbsiz gecikməsi halında Helplly alternativ Xidmət Göstərən təklif edə bilər, lakin belə təminat öhdəlik xarakteri daşımır. 8.6. Ləğv zamanı yaranan mümkün ödəniş, cərimə və ya geri qaytarma şərtləri Helplly-nin Geri Ödəniş Siyasəti və Xidmət Göstərən tərəfindən müəyyən edilmiş qaydalar əsasında tətbiq edilir.


9. Davranış qaydaları
9.1. İstifadəçi və Xidmət Göstərən qarşılıqlı hörmət və etik davranış prinsiplərinə əməl etməlidir.
9.2. Aşağıdakı davranışlar qadağandır: təhqir, təhdid, zorakılıq, qeyri-qanuni fəaliyyət, saxtakarlıq, şəxsi məlumatların sui-istifadəsi, ödənişdən yayınma.
9.3. Bu qaydaların pozulması hesabın məhdudlaşdırılması və ya tam silinməsi ilə nəticələnə bilər.
9.4. Platformada yalan məlumat paylaşmaq, xidmətin icrası barədə qəsdən yanlış təsəvvür yaratmaq və ya digər istifadəçiləri aldatmaq qadağandır və ciddi pozuntu kimi qiymətləndirilir.
9.5. İstifadəçi və Xidmət Göstərən Platformada və ya xidmət zamanı təhlükəsizliyə təhdid yaradan hər hansı davranış barədə Helplly-ə məlumat verməlidir; belə halların bildiriliməməsi də qayda pozuntusu hesab oluna bilər.


10. Məsuliyyətin məhdudlaşdırılması
10.1. Helplly xidmətin keyfiyyətinə, nəticələrinə və ya icrasına görə birbaşa məsuliyyət daşımır.
10.2. Helplly heyvana, uşağa, əmlaka və ya şəxslərə dəymiş hər hansı ziyana görə cavabdeh deyil.
10.3. Helplly gecikmələrə, xidmətin natamam icrasına, yanlış məlumatlara və ya istifadəçi–Xidmət Göstərən arasında yaranan anlaşılmazlıqlara görə məsuliyyət daşımır.
10.4. Helplly dolayı və ya birbaşa iqtisadi itkilərə görə cavabdehlik daşımır.
10.5. İstifadəçi Platformadan istifadə etməklə bu məsuliyyət məhdudiyyətlərini qəbul etmiş sayılır.
10.6. Helplly Platformanın fasiləsiz və ya qüsursuz işləməsinə dair heç bir təminat vermir və texniki nasazlıqlardan, sistem kəsilmələrindən və ya üçüncü tərəf xidmətlərindən qaynaqlanan problemlərə görə cavabdehlik daşımır.
10.7. Helplly Xidmət Göstərən tərəfindən təqdim edilən məlumatların doğruluğunu təsdiqləmir və yanlış, natamam və ya yanıltıcı məlumatlara görə məsuliyyət daşımır.


11. Şəxsi məlumatların qorunması
11.1. Helplly istifadəçilərin şəxsi məlumatlarını fəaliyyət göstərdiyi məxfilik siyasəti (Privacy Policy) çərçivəsində emal edir və qoruyur.
11.2. Xidmət Göstərən yalnız xidmət üçün tələb olunan istifadəçi məlumatlarına çıxış əldə edə bilər.
11.3. Şəxsi məlumatlar qanunla tələb olunan hallar istisna olmaqla üçüncü tərəflərlə paylaşılmır.
11.4. Mobil tətbiq cihaz haqqında müəyyən texniki məlumatları avtomatik toplaya bilər.
11.5. İstifadəçi Platformadan istifadə etməklə, məlumatlarının emal edilməsinə, saxlanmasına və xidmətin göstərilməsi məqsədilə Helplly tərəfindən istifadə olunmasına razılıq verir.
11.6. Xidmət Göstərən istifadəçidən əldə etdiyi məlumatları yalnız xidmətin icrası üçün istifadə etməli və həmin məlumatları saxlamamalı, paylaşmamalı və başqa məqsədlər üçün istifadə etməməlidir.


12. Bildirişlər
12.1. Platforma istifadəçilərə vacib məlumatları çatdırmaq üçün elektron poçt, SMS və ya tətbiq bildirişləri göndərə bilər.
12.2. İstifadəçi bildirişləri deaktiv edə bilər, lakin bu bəzi funksiyaların istifadəsinə təsir edə bilər.
12.3. Xidmətlə bağlı təsdiqləmə, ləğv, ödəniş və təhlükəsizlik bildirişləri sistem tərəfindən avtomatik göndərilir və bu tip bildirişlərin deaktiv edilməsi mümkün olmaya bilər.
12.4. İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi əlaqə məlumatlarının doğruluğuna və bildirişlərin vaxtında qəbul olunmasına görə məsuliyyət daşıyır.
 

13. Hesabın məhdudlaşdırılması və xitam
13.1. Helplly bu Şərtlərin pozulması, şübhəli fəaliyyət, təhlükəsizlik riski və ya digər əsaslı səbəblərə görə hesabı məhdudlaşdıra və ya silə bilər.
13.2. Helplly xidmətə girişin istənilən vaxt və səbəb göstərmədən məhdudlaşdırılması hüququna malikdir.
13.3. Hesabın silinməsi əvvəlki əməliyyatlara dair məsuliyyəti aradan qaldırmır.
13.4. Helplly saxtakarlıq, istifadəçinin və ya Xidmət Göstərənin təhlükəsizliyinə təhdid, ödəniş pozuntusu və ya qanunsuz fəaliyyət şübhəsi yarandıqda hesabı dərhal və xəbərdarlıq etmədən bloklamaq hüququna malikdir.
13.5. Hesabın məhdudlaşdırılması və ya silinməsi zamanı Platformada saxlanılan məlumatların, rezervasiyaların və ya yazışmaların tam şəkildə saxlanılacağına dair təminat verilmir.
 

14. Şərtlərin dəyişdirilməsi
14.1. Helplly bu Şərtləri istənilən vaxt dəyişdirə və ya yeniləyə bilər.
14.2. Yenilənmiş Şərtlər Platformada dərc edildiyi andan qüvvəyə minir.
14.3. Platformadan istifadə etməyə davam etməklə istifadəçi yenilənmiş Şərtləri qəbul etmiş sayılır.
14.4. Helplly Şərtlərdə edilən dəyişikliklər barədə istifadəçiləri tətbiqdaxili bildiriş, elektron poçt və ya Platformada məlumat dərc etməklə məlumatlandıra bilər.
14.5. Şərtlərdə edilən dəyişikliklər əvvəlki tarixdə həyata keçirilmiş rezervasiyalara və ya xidmətlərə şamil olunmur, istisna hallar Helplly tərəfindən ayrıca göstərilə bilər.

contact